"Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxır

11 İyul 2018 10:50

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlara yekun vurulacaq.

Mİli.Az apasport.az-a istinadən xəbər verir ki,, 8 qarşılaşması dünən baş tutan mərhələdə eyni sayda görüş keçiriləcək.

Bu matçların birində Azərbaycan çempionu "Qarabağ" Sloveniya "Olimpiya"nın qonağı olacaqsa, təmsilçimizin mümkün rəqibləri də ilk matçlarını keçirəcək. Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqib olmaq üçün "Kukesi" və "Valetta" qarşılaşacaq.

Məğlubiyyətlə Avropa Liqasına yollanmamağa çalışan "Lüdoqorets"lə "Kruzaders" arasında duelin zəifi "Qarabağ" - "Olimpiya" cütünün uduzanı ilə görüşəcək.

Çempionlar Liqası

I təsnifat  mərhələsi, ilk oyunıar

11 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro)

20:00. "Spartak" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)

20:00. "Spartak" (Latviya) - "Srvena Zvezda" (Serbiya)

20:00. "Suduva" (Litva) - APOEL (Kipr)

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya)

21:00. "Kukesi" (Albaniya) - "Valletta" (Malta)

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan)

00:00. "Valyur" (İslandiya) - "Rusenborq" (Norveç)

Milli.Az