Brejnevin nəvəsi öldü

11 İyul 2018 10:36

Sovet İKP MK-nın birinci katibi Leonid Brejnevin nəvəsi Andrey Brejnev Krımda dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Andreyin dostu Sergey Mendeleyev "Facebook" səhifəsində yazıb:

"Krımdan pis xəbər - mənim dostum Andrey Brejnev dünyasını dəyişdi. Nə qədər planlarımız, xatirələrimiz var idi...". 

Qeyd edək ki, Andrey Brejnevin 56 yaşı var idi. 

Milli.Az