ÇL: “Şkendiya”dan 5, “Seltik”dən 3 cavabsız qol

11 İyul 2018 10:23

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Keçirilən görüşlər qonaqların üstünlüyü ilə başa çatıb. Belə ki, 8 matçdan yalnız ikisində meydan sahibləri qələbə qazanıb.

Qonaqlar isə 5 qarşılaşmada qalib gəlib. Bir oyunda qalib müəyyənləşməyib. Ən inamlı qələbəni 5 cavabsız qola sevinən "Şkendiya" əldə edib. TNS-la oyunda İbraimi poker müəllifi olub.

Çempionlar Liqası

I təsnifat mərhələsi

10 iyul

"Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:4

Qollar: Sappinen, 73 (pen.) - Sahar, 18, Tzedak, 35 (pen.), Maman, 52, Ezra, 85

"Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova) - 2:1

Qollar: Kimadze, 24, Kuxianidze, 64 - Badibanqa, 14

"Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya)  - 0:3

Qollar: Eduard, 45, Forest, 81, Makqreqor, 90

"Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan) - 1:1

Qollar: Melis, 58 - Huzti, 4

"Vikinqur" (Farer Adaları) - HİK (Helsinki, Finlandiya) - 1:2

Qollar: Vatmhamar, 51 - Dalstryom, 9, Qreqerson, 26 (avtoqol)

"Şkendiya" (Makedoniya) - TNS (Uels) - 5:0

Qollar: Emini, 14, İbraimi, 38, 53, 60, 66

"Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: Kuxarçik, 79

"Drita" (Kosovo) - "Malmö" (İsveç) - 0:3

Qollar: Strandberq, 13, Traustason, 39. Rpsenberq, 82

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" mübarizəyə bu gün start verəcək. Ağdam təmsilçisi ilk oyununda səfərdə Sloveniya "Olimpiya"sı ilə üz-üzə gələcək.

Milli.Az