Günel nikahdankənar uşaq dünyaya gətirməsindən danışdı

11 İyul 2018 09:54

Müğənni Günel Ələkbərova nikahsız övlad dünyaya gətirməsinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində danışıb. O, aparıcı Yusif Ağayevin "Övladın haqda çox söhbətlər gəzdi. Nikahsız uşaq dünyaya gətirdin" sözlərinə belə cavab verib:

"Allaha şükür olsun ki, hər şey yaxşıdır. Mənə görə heç kim narahat olmasın. Qızımın anası da, atası da yanındadır. Ən azından bunu dostlarım bilir".

Milli.Az