Azərbaycan neftinin qiyməti 80 dolları keçdi

11 İyul 2018 09:45

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,92 dollar və yaxud 1,16% artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 80,36 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Milli.Az