SON DƏQİQƏ! Adnan Oktar saxlanıldı - FOTO

11 İyul 2018 09:40

Türkiyədə səhərə yaxın özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 235 şübhəli saxlanılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsindən edilən açıqlamada bu ifadələrə yer verilib:

"Adnan Oktarın dəstəsi cinayət törətmək məqsədi ilə təşkilatlanaraq uşaqların cinsi istismarı, zorakılıq, cinsi azlıqla intim əlaqə, uşaqların oğurlanması və cinsi təcavüzü, şantaj, şəxsi azadlığa müdaxilə, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, şəxsi həyatı ictimailəşdirmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizəyə qarşı çıxmaq, təhdid, böhtan, gəncləri hərbi xidmətdən yayındırmaq, təhqir, yalan şahidlik, qaçaqmalçılığa qarşı mübarizəyə müdaxilə, vergidən yayınma, rüşvət, təhsilə mane olmaq, siyasi haqlardan istifadəyə mane olmaq, qadına qarşı şiddətin əngəllənməsi qanununa qarşı çıxmaq kimi əməllərdən 11.07 2018 tarixində 235 şübhəliyə qarşı cinayət işi açılıb".

Təhməz Təkin
Milli.Az