Milyonlarla insan Paris küçələrində - Makronun sevinci, kralın məyusluğu - FOTO

11 İyul 2018 10:14

Ötən gün Dünya Çempionatı çərçivəsində Fransa futbolçuları Belçika yığması ilə qarşılaşıblar.

Milli.Az xəbər verir ki, Fransa millisi 1:0 hesabı ilə qalib gələrək finala çıxıb. Oyunun 51-ci dəqiqəsində Umtiti hesabı açıb.

Sankt-Peterburqda keçirilən matçı millilərin dövlət başçıları da izləyiblər. Qol vurulan zaman Fransa prezidenti Emmanuel Makronun sevinci diqqətdən yayınmayıb. Məşhurlardan Pamela Anderson da matçı izləyənlər sırasında olub.

Qələbə Fransanın bir neçə şəhərlərində qeyd olunub. Milyonlarla insan Paris küçəsinə axışaraq əllərində bayraqlarla qələbəni qeyd ediblər. Marsel şəhərində edilən atəş-fəşanlıq zamanı xəsarət alanlar olub.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az