“Mançester Siti”dən 5 ilik müqavilə

11 İyul 2018 09:06

Riyad Mahrezin "Mançester Siti"yə keçidi rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu İngiltərə klubu açıqlayıb.

Mançesterlilər "Lester"dən transfer olunan 27 yaşlı əlcəzairli hücumçu ilə 5 illik anlaşıb. Afrikalı yeni klubunda 26 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mahrez 2014-cü ildən "Lester"in formasını geyinirdi.

Milli.Az