Təyyarə qəzaya uğrayıb, ölən var

11 İyul 2018 08:19

Cənubi Afrikada təyyarə qəzası nəticəsində bir nəfər ölüb.

Milli.Az bildirir ki, Trend-in ölkənin təcili tibbi yardım xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə paytaxt Pretoriya yaxınlığında baş verib.

Vanderbum hava limanı yaxınlığında qəzaya uğrayan təyyarə yük çarter reysi yerinə yetirirdi və nəticədə fabrikaya çıpılıb.

Ehtimal olunur ki, qəzaya səbəb onun mühərrikinin işləməməsi olub.

Milli.Az