Bitkoin ucuzlaşır

10 İyul 2018 23:26

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 6,6 min dolalr ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 1,19% ucuzlaşaraq 6 688 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,51% və ya 462,55 dollaradək ucuzlaşıb, "Ripple" 3,36% (0,461 dollara qədər), "Bitcoin Cash" 3,29% (724,02 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,05 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

Trend-in ən mühüm və m

Milli.Az