BƏƏ-də dünyanın ən böyük pazlı yaradılıb - VİDEO - FOTO

10 İyul 2018 22:08

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük pazlı yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaradılan pazl Ginnesin Rekordlar Kitabına düşüb. Pazl 12 min hissəcikdən ibarətdir.

Pazlda BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyan əks olunub. Pazlın sahəsi 6 min kvadrat metrdir.

Bundan öncəki rekord Niderlanda məxsusdur, 2002-ci ildə orada sahəsi 5260 kvadrat metr olan pazl yaradılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В ОАЭ создали самый большой пазл в мире