Gəncədə qeyri-qanuni aksiya dağıdıldı: iki polis xəsarət aldı

10 İyul 2018 22:04

22:04

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Milli.Az