Sumqayıtda yolu keçən piyada avtomobillə vuruldu

10 İyul 2018 20:40

Sumqayıtda yolu keçən piyada avtomobillə vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Milli.Az