Oğurluq edən qadın təhlükəsizlik kamerasına düşdü - VİDEO

10 İyul 2018 20:24

Bərdə rayonunda qadın qızıl mağazasından oğurluq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, qızıl mağazasından oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb. 

Sahibkar Anar Cəfərov bildirib ki, hələlik adı məlum olmayan orta yaşlı qadın mağazaya müştəri kimi daxil olub və qızıl əşyalara baxmağa başlayıb. 

O, dəfələrlə satıcıdan qızılların qiymətini soruşaraq fikrini yayındırmağa çalışıb. Satıcının məşğul olmasından istifadə edən qadın qızıl boyunbağını götürərək çantasına qoyub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bərdədə qadın qızıl mağazasından oğurluq edib