Donald Tramp: “Putin mənim rəqibimdir"

10 İyul 2018 17:29

"Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CNN müxbirinin sualını cavablandırarkən deyib.

Jurnalistin "siz Putini özünüzə dost, ya düşmən bilirsiniz" sualına cavabında Donald Tramp deyib: "Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".

Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılıb.

ABŞ-ın dövlət katibi Maykl Pompeonun sözlərinə görə, dövlət başçıları arasındakı danışığın əsas mövzusu Suriya və Ukraynadakı vəziyyət olacaq. 

Milli.Az