İtkin düşən qadının meyiti tapılıb

11 İyul 2018 21:20

Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.

Milli.Az