“Ömrüm boyu əldə etdiylərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai

12 İyul 2018 22:20

Əllamə Qazi Təbatəbai İslamin bökük arifi, əxlaq ustadı və filosoflarındandır.

Əllamə Seyid Mirzə Əli Qazi hicri 1285-ci il (1865) Təbriz şəhərində, elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açıb. Əllamə təhsilini davam etdirmək üçün Nəcəf-Əşrəfə yollanır və orada Molla Məhəmməd Şərbiyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzəhüseyn kimi fazil alimlərdən dərs alır.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, əllamə bir çox əsərlərin müəllifi, görkəmli alimlərin müəllimi olmuşdur. O cümlədən Seyyid Məhəmməd Hüsey Təbatəbai, Məhəmməd Behcət, Ayətullah Kəşmiri və bu kimi böyük şəxsiyyətlər bu  alimin şagirdi olmuş, ondan bəhrələnmişlər.

Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir:

"Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim."

- Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı imamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir:

"Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!" (Maidə-35)

Milli.Az