Arif Alışanova sui-qəsddə təqsirləndirilənlərə cəza istənildi

10 İyul 2018 15:45

Bakı Ağır Cinayətlər Məhkəməsində Az.TV- ə sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev çıxış edərək Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyev 16 il  Zöhrab Şirinov 17 il və Aqşin Hüseynov  6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror həmçininn Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıraəmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.

Proses iyulun 13-də davam edəcək.

Milli.Az