Microsoft Surface Go təqdim olunub - VİDEO

12 İyul 2018 08:51

"Microsoft" korporasiyası "Surface" istehsal xəttinə aid ən ucuz "Surface Go" planşetinin satışlarına başlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 10 düym diaqonallı "Surface Go" tərəflərinin nisbəti 3:2 təşkil edən 1800x1200 piksel təsvir ölçülü ekranla təchiz edilib. Model üçün əlavə olaraq çexol klaviatura və elektron qələm (stilus) əldə etmək olar. Planşet modeldən asılı olaraq 4 və ya 8 giqabayt tutumlu operativ yaddaşa malik "Intel Pentium Gold 4415Y" prosessoru ilə işləyir.

Məlumata görə, qurğunu enerji ilə tam dolduraraq 9 saat istifadə etmək mümkündür.

Yeni model "Apple" şirkətinin nisbətən ucuz "iPad" planşetləri ilə rəqabət apara biləcək.

Artıq bir sıra ölkələrdə, o cümlədən ABŞ, Kanada, Avstraliyada, eləcə də Avropanın iri bazarlarında "Surface Go" üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

Yaxın həftələr ərzində baza komplektləşdirməsində qiyməti 399 dollar təşkil edəcək planşeti Asiyanın ayrı-ayrı ölkələrinin (Çin, Yaponiya, Cənubi Koreya) istehlakçıları sifariş etmək imkanı əldə edəcəklər. Tədarüklərə avqustun 2-dən etibarən başlamaq nəzərdə tutulur.

Milli.Az