Maldini “Milan”a qayıdır

10 İyul 2018 15:00

"Milan"ın sabiq kapitanı Paolo Maldini tezliklə kluba qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər veriri ki, onun yeni strukturda vəzifə tutacağı bildirilir.

"Elliot Management" fondu hazırda klubun rəhbər postlarına yeni namizədlər axtarışındadı. Siyahıda Maldinin də adı yer alıb. Sabiq futbolçuya komandada texniki direktor postunu tutmaq təklif olunub.

Qeyd edək ki, Maldini futbolçu kimi bütün karyerasını "Milan"da keçirib.

Milli.Az