9-cu uşaq da mağaradan xilas edildi, 4 nəfər qaldı - FOTO

10 İyul 2018 13:37

Taylandın şimalındakı Çianq Ray bölgəsindəki "Tham Luan Nang Non" mağaralarında qalmış uşaqların və məşqçinin xilas edilməsi ilə bağlı əməliyyatlar davam edir.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, 9-cu uşaq da xilas edilib. Mağarada 4 nəfər qalıb. Onlardan biri məşqçidir.

"Bu gün hər kəs mağaradan çıxarılacaq", - deyə xilaskarlar bildirib.

Qeyd edək ki, iyun ayının 23-də "Wild Boar" klubunun 12 üzvü baş məşqçi Ekkapol Çantovonq ilə birlikdə istirahətə yollanıb, sonra da mağaralara baxmağa qərar veriblər. Uşaqlar mağaraya girəndə leysan yağışlar başlayıb, suyun səviyyəsi qalxıb və bu səbəbdən mağaradakıların çölə çıxmaları imkansız olub. 

Bəxtiyar Umarlı
Milli.Az