Millimiz dünya çempionatına Almaniyada hazırlaşır

10 İyul 2018 20:06

 Cüdo üzrə Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını Almaniyada davam etdirir.

Milli.Az report.az  istinadən xəbər verir ki, cüdoçular həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa Kubokunda mübarizə aparacaqlar. Almaniya turnirində qitənin ən güclüləri medallar uğrunda yarışacaqlar. 

Milli komanda ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycanla yanaşı, Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıb. 

Qeyd edək ki, dünya çempionatı 21 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək. 

Milli.Az