22 yaşlı güləşçi qəzada öldü

10 İyul 2018 12:21

Türkiyəli güləşçi Eran Tutulmaz avtomobil qəzası keçirib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, idmançı Ardahan-Kars yolunda baş verən avtomobil qəzası nəticəsində ağır yaralanıb.

22 yaşlı Tutulmaz təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı güləşçi Murat Aras da maşında olub. Hazırda onun müalicəsi davam etdirilir.

Milli.Az