Qida Təhlükəsizliyi İnstitutu ixtisaslı mütəxəssislər axtarır

10 İyul 2018 12:16

Qida Təhlükəsizliyi İnstitutu cənub regional bölmələri üçün ixtisaslı mütəxəssislər axtarır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun Lənkaran Regional Sınaq Laboratoriyasında işləmək üçün aşağdakı ixtisaslar üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunmuş şəxsi işləri (şəkilli) ilə müraciət edə bilər:

1.  Baytar mütəxəssisi

2.  Toksikologiya

3.  Kimya

4.  Biologiya

5.  Qida mühəndisliyi

6.  Genetika

7.  Biokimya

6. Tibbi profilaktika

7. Fitosanitariya

8. Aqronomluq

9. Zootexnik

10. Mikrobiologiya

Əlavə məlumat almaq üçün +994 77 270 05 06 nömrəsinə zəng edə və ya elvin@[email protected] elektron ünvanına yaza bilərsiniz.

Yusif Nəsirli
Milli.Az