FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçına hakim təyinatlarını açıqlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.
Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahattin Duran və Tarık Ongün, həmçinin dördüncü hakim - hollandiyalı Byorn Kuypers köməklik edəcək.
Milli.Az