Məşhur türk müğənnilərin olduğu yaxta qəzaya düşdü - FOTO

10 İyul 2018 10:07

Türkiyənin Manisa vialyətinin Göcek məhəlləsində tətil edən Mustafa Sandal lüks yaxtasında qəza keçirib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Gökhan Türkməni qonaq edən müğənninin yaxtası qəzaya düşüb. Batma təhlükəsi ilə qarşılaşan Sandal hadisənin şokunu üzərindən ata bilməyib.

Qəza anında başqa qayıqlarla toqquşan yaxta qayalıqlara çırpılıb. O an qayığı xilas etmək üçün kömək edən Gökhan Türkmənin də ayağından xəsarət aldığı deyilir.

Həkimlərin müdaxiləsindən sonra müğənninin vəziyyətinin yaxşı olduğu bildirilir. 

Təhməz Təkin
Milli.Az