Bakıda hündürlükdən dənizə baş vuran kişinin boynu qırılıb

10 İyul 2018 08:30

Xəzər dənizində bir nəfər bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü Əsədov Ceyhun Şahin oğlu Pirşağı çimərliyində hündürlükdən dənizə baş vurarkən boynunun fəqərə sümüyü qırılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Milli.Az