Türkiyədə təcili tibbi yardıma əsassız zəng edənlər cərimələnəcək

9 İyul 2018 23:38

Türkiyədə təcili tibbi yardım xidmətinə əsassız olaraq çağırış edən vətəndaşlar cərimə olunacaqlar.

Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.

Məlumata əsasən, yeni cərimələrin tətbiqi haqqında qanun bu gün qüvvəyə minib.

Qeyd olunur ki, tibbi yardım xidmətinə əsassız olaraq çağırış edən vətəndaşlar 250 lirə cərimələnəcək.

Milli.Az