Braziliyalılar onu ölümlə hədələyirlər

9 İyul 2018 20:15

Braziliya Futbol Konfederasiyası yığmanın üzvü Fernandinyoya qarşı hücumlarla bağlı müraciət yayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fernandinyo və ailəsi sosial şəbəkələrdə təhqir olunur, hədələnir. O, DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqolla yadda qalmışdı. Braziliya mübarizəni dayandırdıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Fernandinyonu "qurbanlıq" seçiblər.

Federasiyanın məsələ ilə bağlı yaydığı müraciətdə deyilir:

"Braziliya Futbol Konfederasiyası Fernandinyoya və ailəsinə olan irqçi hücumları pisləyir. Futbol özündə vahid rəngi, insanların mədəniyyətlərini birləşdirir. Hücumları dayandırın. Biz səninləyik, Fernandinyo. İrqçilik qalib gələ bilməz!"

Milli.Az