Toyda içdiyinə görə ağaca bağlayıb şallaqladılar - FOTO

12 İyul 2018 10:30

24 yaşlı şəxs toyda içib sərxoş olduğuna görə ağır cəza alıb. Onu şəhərin mərkəzi meydanında ağaca bağlayaraq 80 şallaq vurublar.

Milli.Az European-a istinadən bildirir ki, olay İranın Xorasan-Rezavi vilayətinin şimal-şərqindəki Keşmar şəhərində yaşanıb.

Şəriət məhkəməsinin qərarına görə, yetkinlik yaşına çatmamış şəxsin spirtli içki içərək sərxoş olması çox böyük günah və yaramaz əməldir.

Üstəlik, o, içib dava salıb və davada da 17 yaşlı gənc ağır yara alaraq həlak olub.

M.R. adlı şəxsin suçlandığı hadisə 2006-cı ilin mart ayında baş vermişdi. O, toyda içib sərxoş olanda 14 yaşı vardı.

Milli.Az