7 kiloluq çimərlik geyimi - FOTO

10 İyul 2018 00:00

Türkiyənin ən varlı qadınlarından sayılan Süreyya Yalçın həyat yoldaşı Ozan Baranla birgə istirahətə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük dincəlmək üçün Bodruma üz tutub. Ən diqqət çəkən məqam isə Süreyyanın çimərlik geyimi olub. Belə ki, o, sahilə 7 kiloqram çəkisi olan və Svarovski daşlarla bəzədilən çimərlik geyimi ilə gəlib. Ötən günlərdə də hündürdaban ayaqqabıları və bikinisi ilə hər kəsi heyrətləndirən Süreyya bu dəfə də maraqlı görüntüsü ilə diqqətləri üzərinə toplayıb.

Milli.Az