"Susduqca, özlərini haqlı sanırlar" - Xatun

9 İyul 2018 21:01

"Hərdən öz həyatımla təcrübələr edirəm və fərqli nəticələr görürəm. Elə insanlar var ki, onlara cavab vermirəm, səviyyələrinə enmirəm...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Sənətçi ünvanına deyilən tənqidlərə cavab verib:

"Susduqca, özlərini haqlı sanırlar. Gərək hər kəsi öz dilində, səviyyəsində başa salasan. Düzdür, buna da can, enerji lazımdır. Ən salamatı belə insanlardan uzaq durmaqdır. Pis, nankör, istifadəçi insanlardan uzaq olaq".

Milli.Az