12 yaşlı qızın məktubu tapıldı - İnşallah, hamilə qalmaram - FOTO

9 İyul 2018 12:03

Türkiyənin Qars şəhərində 12 yaşlı qız təcavüzə uğrayıb.

Milli.Az Sputnik Türkiyə-yə istinadla bildirir ki, ona təcavüz edən şəxs doğma əmisi olub.

Məktəbdən qızın məktubu tapıldıqdan sonra məsələnin üstü açılıb. O, məktubda başına gələnləri yazıb. "Niyə hamı mənimlə pis davranır?", - la başlayan məktub "İnşallah hamilə qalmaram. Qalsam, ailəm öldürər", - sözləri ilə bitir.

Məktubdan sonra qızın əmisi saxlanılıb. Onun ifadəsi alınıb. 28 yaşlı kişi hərbi xidmətdən yeni qayıtdığını, bu səbəbdən də belə əməl törətdiyini etiraf edib.

Fuad
Milli.Az