Dünyada ilk dəfə: vulkan mavi püskürdü - VİDEO - FOTO

10 İyul 2018 19:24

İndoneziyanın Şərqi Yava bölgəsindəki Kavah İcen vulkanı püskürməyə başlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, vulkan püskürməsi mavi rəngdə olduğundan unikal görüntülər yaranıb.

Əslində vulkan mavi lava püskürmür: kraterdə kükürd qazının miqdarı şəddən ziyadə olduğundan püskürmə mavi rəngdədir.

Kükürd qazı da oksigenə qarışanda mavi rəngdə yanır. Kraterdən lava axanda mavi rəng daha açıq görünür. Gündüzlər bu lava adi rəngdə olursa, gecələr lava "maviləşir".

Hündürlüyü 2799 metr olan İcen vulkanının kraterlərindən birində kükürd qazının yanması nəticəsində təqribən 600 dərəcə temperatur yaranır, alov gecələr mavi rəngdə olur.

Gecələr mavi görünən lava soyuyanda ertəsi gün yerli sakinlər onu toplayırlar. Şərqi Yavadakı zavodlarda bu lavadan təmizləmə sistemlərinin istehsalı üçün istifadə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyada ilk dəfə: vulkan mavi püskürdü