Hökməlidə ana və qızı yandı
5 Sentyabr 2011 14:40
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın hadisəsi sentyabrın 3-də saat 23:30 radələrində Hökməli qəsəbə sakini Sərxan Məmmədova məxsus evdə meydana gəlib.
Propan qazının sızmasından yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, S.Məmmədovun arvadı Minəvvər və 1 yaşlı qızı isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Milli.Az