Hazırda müasir texnikalardan su və elektriklə işləyən dəyirmanlardan geniş istifadə olunsa da əl dəyirmanlarına da tələbat var. 69 yaşlı Rəna nənə əl dəyirmanını qohum-qonşulardan kim istəsə istifadəyə verir. Dadlı-duzlu yuxa bişirmək istəyənlər hər gün ona müraciət edir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 saata 5 kiloqram un üyüdür.
Tovuzda əl dəyirmanından hələ də istifadə olunur.
Əvvəlcə yaxşı qurudulan buğda bu kiçik əl dəyirmanına tökülür və üydülür. Buğda ilkin mərhələdə yarma halına salınır, sonra narın, daha sonra isə un halına düşür. Dənin yaxşı üyüdülməsi üçün də daşlar vaxt aşırı itilənməlidir. Bu daşlarda üyüdülən undan bişirilən çorəyin xüsusi ilə də yuxanın gözəl quxusu olmaqla yanaşı, həm də çörək xeyli yumşaq olur.daşına bilən dəyirman daşlarını kirkirə də adlandırırlar.
Hazırda müasir texnikalardan su və elektriklə işləyən dəyirmanlardan geniş istifadə olunsa əl dəyirmanlarına da tələbat var. İndi taxıl biçimi dövrü olduğundan Rəna nənə əl dəyirmanı qohum-qonşulardan kim istəsə istifadəyə verir. Hətta əl dəyirmanından istifadə edə bilməyənlər onu özünü də köməyə çağırırlar.
Qonşular yuxa ilə yanaşı müxtəlif cür yeməkləri hazırlamaq üçün də kirkirədən istifadə edirlər.Hətta unla yanaşı bərk duzu da daşınan dəyirmanda üyüdürlər.69 yaşlı Rəna Həsənova 120 yaşlı bu kirkirəni də cehiz kimi qız nəvələrindən birinə verəcəyini deyir.
Yuxa çörəyinin unu üç mərhələdən sonra hazır olur. Sakinlərin buna ehtiyac duymasına səbəb isə əl dəyirmanından daha yaxşı yuxa unu hazırlanır.
Milli.Az