Bizi behiştə apara bilən 5 elm

10 İyul 2018 23:40

Səadətə çatmaq üçün insan həqiqəti dərk etməlidir. Bu həqiqətləri dərk etmək üçün isə bizə elm lazımdır. Məhz bu beş elmin sayəsində səadətə və behiştə çata bilərik:

1. Allahı tanımaq.

2. Özünü tanımaq.

3. Yaşadığımız dünyanı tanımaq.

4. Gedəcəyimiz yolu tanımaq.

5. Bizi bu yola hidayət edəni tanımaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bu elmləri əldə edə bilsək, o zaman haqqa ibadət və xəlqə xidmət libasını geyinər və bu elmləri həyata keçirərik.

Bu beş elmi tanıdıqdan sonra xüsusi hal əldə edərik və xüsusi əməllər yerinə yetirməyə başlayarıq. Sanki başqa bir gözə, qulağa, dilə sahib olarıq. Başqa bir süfrəmiz olar, başqa dostlar əldə etməyə çalışarıq.

Bu beş elm bizimlə minlərlə iş görər. Bizim üçün elə rəfiq qərar verər ki, behiştə getmək üçün bizi hidayət etsin.

O zaman ki, bizi behiştə daxil edər, deyər: "Başqa arzun vardırmı? Əgər başqa arzun vardırsa, onu da yerinə yetirim".

Bəli, bu beş elm bizi çox dəyişdirir. Ona görə də bu beş elmin qədrini bilin və hələ ki, fürsət var ona yiyələnməyə çalışın.

Milli.Az