Allah bəndəsinin əməllərinin qəbul olunmasının 2 şərti

10 İyul 2018 23:20

Qurani-Kərimdə buyurulur: "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur". ("Nəcm" 39).

Quranın nəzərinə görə, insanın etdiyi hər bir səy və çalışması onun özünə aiddir. Yəni, istər müsbət olsun, istərsə də mənfi səy olsun - insanın özünə aid edilir. Allah Təala Quranda bu barədə buyurur: "Əgər yaxşılıq etsəniz - özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz - özünüzə aiddir". ("İsra" 7).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər insan bu həqiqəti dərk etsə, o zaman Allah Təaladan istəyəcəkdir ki, onu bəyənilən əməllərə tərəf yönəltsin və pis əməllərdən çəkindirsin.

Əlbəttə unutmamaq lazımdır ki, bu çalışmalar o zaman səmərə verər ki:

1. İnsanın tövbə etmədiyi xəta və günahları olmasın və Allah tərəfindən bağışlanmış olsun.

2. Eyibli işlər görməsin və Səttaril-uyub olan Allahın varlığına göz yummasın.

Əməllərimizin Allah dərgahında qəbul olmasını hamımız istəyirik. Çünki, ancaq bu zaman Allaha yaxınlaşa bilər və əməllərimizin səmərəsini görə bilərik. Deməli, bunun üçün bizə iki şərt lazımdır.

1. Günahdan çəkinmək və etdiyimiz günah və xətalara görə peşman olmaq.

2. Xata və günahları tərk etmək.

Təbiidir ki, əgər birinci şərtə görə səy göstərsək, ikinci şərt öz-özlüyündə meydana gələcəkdir.

Allah bizlərə əməllərimizin Onun dərgahında qəbul olmaq tövfiqini versin.

Milli.Az