Intel-in yeni əjdahası

10 İyul 2018 08:55

Intel, Computex 2017 konfransında tanıtdığı Core i9 seriyasını gücləndirəcək. Son zamanlarda AMD şirkəti ilə arasında rəqabət daha da artdığı və AMD-nin Ryzen seriyası ilə istifadəçilərə daha yaxşı alternativlər təklif etdiyi üçün İntel də öz liderliyini qorumağa çalışır. Core i9K olaraq adlanan bu prosessorlar ucuz olmasa da, çox güclü olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, i5, i3 və i9 ailələrinə 6X, 7X və 8X adlanan yeni prosessorlar gələcək. i9 seriyasına gələn prosessorlar isə Core i9K olaraq adlanacaq və ən bahalı/ən güclü prosessorlar olacaq.    

Hal-hazırda istehsalat tarixi və ətraflı məlumat bilinməsə də, sadəcə 3 yeni prosessorun adı və tipi ortaya çıxıb:

Core i9-9900K: 8 nüvə/16 thread( iş yükü sayı, yəni 8 nüvənin hərəsi 2 ayrı iş görə bilir)
Core i7-9700K: 6 nüvə/12 thread
Core i5-9600K: 6 nüvə/6 thread    
Core i9 ailəsinin ən güclü modellərinin 2.000 dollar kimi yüksək qiymətlər ilə satıldığını nəzərə alsaq, bu yeni prosessorlar daha da baha olacaq.

Milli.Az