“Lenovo”nun ilk “ağıllı” saatları 15 saniyəyə satıldı

10 İyul 2018 08:35

"Lenovo" şirkəti özünün smart-saatlarının ilk partiyasının satışlarının nəticələrini bölüşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cəmi 15 saniyəyə min ədəddən artıq "Watch X" saatlarının satışı həyata keçirilib.

"Lenovo"nun "ağıllı saatları" populyar JD.com ticarət saytında aşkar edilib. Onun satış dinamikası əvvəlki rekord olan "Lenovo Z5" telefonun satışlarını qabaqlayıb. Bu telefonlar iki dəqiqəyə satılıb. Bu smart-saatların bu qədər populyar olmasını cəmi 45 dollara olan qiyməti ilə izah edirlər.

Milli.Az