Samsung televizorlarını dəyişəcək

10 İyul 2018 08:21

"Samsung Electronics" şirkəti bahalı televizorlarda istifadə edilən kvant piksellər texnologiyasını (QD) yeniləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət tərəfindən kvant piksellər texnologiyası əsasında hazırlanan ekranlar ənənəvi maye-kristal (LCD) panellərdən yüksək kontrastlığı, az enerji sərf etməsi və rəngləri daha yaxşı ötürməsi ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, tərkibində kadmium olmayan ekoloji baxımdan təmiz materiallar texnologiyasından istifadə olunur.

Məlumata görə, "Samsung" 2019-cu ildə əvvəlki modellərlə müqayisədə daha nazik və qiymət baxımından rəqabətli olacaq "QdoG" (QD on Glass - şüşə əsaslı kvant piksellər) ekranlı televizorları satışa çıxarmağı planlaşdırır.   

"QLED" televizorlarında "QDEF" düzəliş plyonkası rəngin dolğunluğunu gücləndirmək üçün işıq diodu altında yerləşir. "QDoG" televizor modellərində isə rəngötürmə işıq modul panellərinin istehsalı üçün şüşədən istifadə ediləcək. Yeni texnologiya şirkətə bahalı televizorlar üçün "8K" təsvir ölçülü "QLED" panellər buraxmağa imkan verəcək.

Bildirilir ki, texnoloji dəyişikliklər tədarük kanallarında yeniliklərə səbəb olacaq. Hazırda "Samsung" "QDFF" plyonkalarının istehsalı üçün sifarişləri "Hansol Chemical" şirkətinə verir, rəngötürmə işıq modul panellərinin istehsalına keçəndə isə "QDFF" Cənubi Koreyanın "MNtech" və "Glotec" şirkətləri tərəfindən istehsal ediləcək. "QDoG" prosesinə keçən  Cənubi Koreya istehsalçısı "QdoG" rəngötürmə işıq modul panelləri üçün şüşə materialları "Asashi Glass" və "Corning" şirkətlərindən alacağı ehtimal edilir.

Qeyd edək ki, "QLED" əvvəllər "Quantum Dot" adlanan "Samsung" televizor istehsalı xəttinin adıdır. Bu abreviatura "OLED" - üzvi işıq diodlar texnologiyasına uyğun yaradılıb.  

Milli.Az