Tite dönəmində Braziliya millisi bunu da gördü

7 İyul 2018 12:58

Braziliya millisi iddialı gəldiyi Rusiya mundialını əliboş tərk edir. "Pentakampeonlar"ın qarşısını 1/4 finalda Belçika kəsib - 1:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçın ilk hissəsində 0:2 hesabıyla geriyə düşən "sambaçılar" baş məşqçi Titenin dönəmində ilk belə halla üzləşib. Bununla da 57 yaşlı mütəxəssisin 25 oyunluq uğurlu seriyasına son qoyulub.

Tite 2016-cı ildən Braziliya yığmasını çalışdırır. Onun rəhbərliyi altında komanda çətinlik çəkmədən Cənubi Amerika zonasında seçmə mərhələni ilk sırada başa vuraraq dünya çempionatına vəsiqə qazanmışdı. 

Milli.Az