Ərdoğan: “ABŞ-a gedib-getməyəcəyimi sabah açıqlayacam”

1 Aprel 2010 18:11
Baş nazir jurnalistlərə müsahibəsində özünün ABŞ-a gedib-getməyəcəyi və səfir Namiq Tanın Vaşinqtona qaytarılıb-qaytarılmayacağı barədə suala belə cavab verib: "Hazırda dostlarımızla vəziyyəti dəyərləndiririk. Hesab edirəm ki, sabah bu barədə qərarımı açıqlayacam. Əgər getməklə bağlı qərar qəbul etsəm, səfirimizi dərhal Vaşinqtona göndərəcəm".

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı haqsız qərarın qəbulundan sonra Türkiyə ilə Birləşmiş Ştatlar arasında gərginlik yaranıb. Rəsmi Ankara Vaşinqtondakı səfiri Namiq Tanı geri çağırıb. Hətta baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə reallaşmalı olan ABŞ səfərinin də təxirə salındığı bildirilirdi.

Milli.Az