Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı - FOTO

12 İyul 2018 15:12

İndoneziyanın Açex vilayətində, Lhoksumave şəhərində yerli sakinlərdən biri, əxlaqsızlıqda və fahişəlik etməkdə suçlanan qadın şallaqlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin qadından sonra daha bir qadın əxlaqsızlıq etməkdə suçlandığı üçün cəzalanıb. Sonda isə şəhvətkarlıq və tərbiyəsizlikdə ittiham olunan kişiyə şallaq vurulub.

Banda Açex əyalətinin əksər hissəsində Şəriət məhkəmələri fəaliyyət göstərir.

İndoneziyanın hakimiyyət dairələri, ictimai təşkilatları və hüquq müdafiəçiləri Açexdə ictimai yerlərdə insanların Şəriət qaydalarına uyğun olaraq cəzalandırılmasına son qoyulmasını tələb edirlər.

Bu il Açexin qubernatoru İrvandi Yusif və əyaloətin İnsan Haqları İdarəsinin rəhbəri Yuspahruddin arasında imzalanmış anlaşmaya görə, insanların şallaqlanması dayandırılmalıdır.

Anlaşmaya görə, Şəriət qaydalarını pozalanlar qanun qarşısında cavab verməli, cəzalarını da azadlıqdan məhrumetmə məkanlarında çəkməlidir.

Yerli radikal islamçılar isə anlaşmaya etiraz edirlər.

Milli.Az