İngiltərə millisində ciddi itki

6 İyul 2018 20:55

İngiltərə millisinin futbolçusu Ceymi Vardi komandasının son məşqini buraxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Qaret Sautqeyt məlumat verib.

O deyib ki, qasıq nahiyəsindən əzələsi dartılan 31 yaşlı hücumçunun DÇ-2018-in 1/4 finalında İsveçə qarşı oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib:

"Onun son durumu sabah dəqiqləşəcək".

Qeyd edək ki, İsveç - İngiltərə görüşü sabah keçiriləcək.

Milli.Az