"Müqaviləni yeniləmək üçün..." - Sautqeytə şərt qoyuldu

6 İyul 2018 13:55

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt uzun müddət postunda qala bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yerli futbol federasiyası onunla müqavilə müddətini yeniləmək niyyətindədi.

Belə ki, federasiya onun 2020-ci ilə qədər olan sözləşməsini daha 2 il uzatmağı düşünür. Ancaq bunun üçün ilk növbədə Sautqeyt yığmanı AÇ-2020-yə daşımalıdı. Bu baş verərsə, baş məşqçi DÇ-2022-də də millinin "sükanı arxası"nda olacaq.

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında İngiltərə yığması mübarizəni davam etdirir. Adalılar 1/4 finalda sabah İsveçlə qarşılaşacaq.

Milli.Az