Braziliya millisinin son məşqini buraxdı

5 İyul 2018 13:33

Braziliya millisinin futbolçusu Paulinyo komandasının son məşqini buraxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, belində ağrılar olan 29 yaşlı yarımmüdafiəçiyə həkimlər dincəlməyi məsləhət görüb. Buna baxmayaraq, onun DÇ-2018-in 1/4 finalında Belçikaya qarşı oynayacağı gözlənilir.

Qeyd edək ki, Braziliya - Belçika görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az