Maykl Ceksonun ölümü ilə bağlı yeni məqam ortaya çıxıb
1 Aprel 2010 18:02
"The Sun" yazır ki, Cekson əvvəllər deyildiyi kimi evdə deyil, xəstəxanada dünyasını dəyişib. Tibb əməkdaşlarından birinin qəzetə bildirdiyinə görə, müğənni xəstəxanaya gətirilən zaman sağ olub və bir müddət sonra onun ürəyi dayanıb.
Xatırladaq ki, indiyədək Ceksonun evində olarkən özünü pis hiss etdiyi, həkimlər gələnədək isə dünyasını dəyişdiyi bildirilirdi.
Milli.Az