Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən rus saxlanıldı

4 İyul 2018 20:20

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində  sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

Milli.Az