Xavi İspaniya yığmasını çalışdıra bilər

4 İyul 2018 12:27

İspaniya Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, namizədlərdən biri hazırda "Əl-Sədd"də çıxış edən, "Barselona"nın sabiq futbolçusu Xavidi.

Daha öncə, məşqçi lisenziyasını alan 38 yaşlı oyunçunun 2019-cu ilin yanvar ayından etibarən "Əl-Sədd"in başına keçəcəyi barədə xəbərlər yayılmışdı.

Onunla yanaşı, Federasiyanın siyahısına son olaraq Belçika millisinin çalışdırıcısı Roberto Martinesin adı əlavə olunub.

Qeyd edək ki, Kike Sançes Flores, Luis Enrike, Miçel, Pako Xemes və Kike Setyenin adı da İspaniya millisi ilə birgə hallanır.

Milli.Az